Xəbərlər

24.10.2022 09:55

Myanma İttifaqı Respublikası FATF-ın “qara siyahı”sında

21 oktyabr 2022-ci il tarixində Myanma İttifaqı Respublikası FATF-ın Fəaliyyət Çağırışına tabe olan Yüksək Riskli Yurisdiksiyalar üzrə plenar iclasında  “qara siyahı” adlandırılan yüksək riskli yurisdiksiyalar siyahısına daxil olub.

FATF təşkilatı üzvlərini Myanma ilə işgüzar əlaqələr və əməliyyatlar üçün gücləndirilmiş müştərilərin eyniləşdirilməsi və verifikasiyası (MEV) tədbirləri tətbiq etməyə çağırıb.

Yüksək riskli yurisdiksiyaların pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı mübarizə sistemlərində  mühüm strateji çatışmazlıqlar mövcuddur.

FATF yüksək riskli kimi müəyyən edilmiş bütün ölkələrlə bağlı öz üzvlərinə çağırış edir və bütün yurisdiksiyaları gücləndirilmiş MEV tədbirləri tətbiq etməyə, habelə daha ağır hallarda ölkələrin beynəlxalq maliyyə sistemlərini pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılması risklərindən qorunmaq üçün əks tədbirlər görməyə çağırır.

Onu da bildiririk ki sözügedən qara siyahıda İran İslam Respublikası və Koreya Xalq Respublikalarının da adları yer alır. 

Qeyd edək ki, Myanma İttifaqı Respublikasının adı Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısında verilib.

24-10-2022 | 09:55
← Geriyə